AZ

ABŞ-dan XƏBƏRDARLIQ: “Putin Ukrayna ilə kifayətlənməyəcək”

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bəyan edib ki, əgər münaqişə Rusiyanın xeyrinə başa çatsa, prezident Vladimir Putin Ukrayna ilə kifayətlənməyəcək.

Bu barədə general ABŞ Konqresində keçirilən dinləmələrdə danışıb.

Bizim.Media xəbər verir ki, məlumatı The Hill nəşri yayıb.

Mənbə qeyd edir ki, general Keynin bu fikirləri ABŞ Prezidenti Donald Trampın daha neytral və ehtiyatlı ritorikası ilə ziddiyyət təşkil edir.

Dinləmələr zamanı senator Lindsi Qrem general Keynə bir sıra suallar verib. Onlardan biri bu olub: “Putin Ukrayna ilə dayanacaqmı?”.

General Keyn qısa və konkret cavab verib: “Mən buna inanmıram”.

Bu açıqlama Vaşinqtonda Rusiyanın gələcək planları ilə bağlı ciddi narahatlığın olduğunu göstərir. ABŞ hərbi rəhbərliyi hesab edir ki, Ukraynadakı müharibə dayansa və Rusiya qalib gələn ölkə hesab olunsa, Putin növbəti addımlar ata bilər.

Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr