AZ

Polşa millisinin baş məşqçisi Levandovskiyə görə istefa verdi - RƏSMİ

BAKI, 12 iyun. TELEQRAF

Mixal Probej Polşa millisinin baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

Teleqraf “Sport24.ru” nəşrinə istinadən xəbər verir ki, bu qərar Polşanın DÇ-2026-nın seçmə mərhələsində Finlandiyaya 1:2 hesablı məğlubiyyətindən bir neçə gün sonra və milli komandanın tarixi bombardiri Robert Levandovski ilə yaşanan qalmaqal fonunda verilib.

Levandovski bildirib ki, Probej baş məşqçi olduğu müddətdə yığmada oynamayacaq.

“Belə bir vəziyyətdə milli komandanın xeyrinə olan ən doğru qərarın istefam olduğunu düşündüm,” – deyə Probjeç Polşa Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

53 yaşlı mütəxəssis Polşa yığmasının sükanı arxasına 2023-cü ilin sentyabrında keçmişdi. Onun rəhbərliyi altında komanda 21 oyun keçirib: 10 qələbə, 7 məğlubiyyət və 4 heç-heçə qeydə alınıb. Polşa yığması Avro-2024-də qrupda sonuncu yeri tutaraq yarışdan kənar qalıb və Millətlər Liqasının A divizionundan düşüb.

Qeyd edək ki, Probej Levandovskiyə Polşa millisində kapitan sarğısını verməkdən imtina edib.

Seçilən
41
teleqraf.com

1Mənbələr