AZ

NYT: “İran əks-zərbə hazırlayıb” - VİDEO

AzVision.az xəbər verir ki, adının çəkilməsini istəməyən iranlı məmura istinad edən Amerikanın “New York Times (NYT)” nəşrinin yazdığına görə, İranın Silahlı qüvvələrinin və hökumətin nümayəndələri əks-hücum mövzusunda artıq görüş də keçiriblər.

“İranlı məmur rəsmi Tehranın yüzlərlə ballistik raketlə İsrailə dərhal əks-hücum təşkil edəcək cavab planı hazırladığını bildirib”,- qəzetdə dərc olunan materialda deyilir.

Qərbdə Tehranın planının üstünü açıblar- VİDEO
Bundan əvvəl “CBS News” telekanalı bir çox mənbəyə istinadən xəbər vermişdi ki, İsrail İranın nüvə obyektlərinə qarşı əməliyyata başlamağa“tam hazır olduğu”barədə Vaşinqtonu xəbərdar edib. Diplomatların və hərbçilərin qohumları da daxil olmaqla bəzi Amerika vətəndaşlarına bir gün əvvəl Yaxın Şərqi tərk etməsi barədə tövsiyəninsəbəblərindən biri də məhz budur.

Mənbələrə istinad edən “The Jerusalem Post” nəşri isə, öz növbəsində, İranın ABŞ ilə uzunmüddətli danışıqlar aparmaq yolu ilə vaxt udmağa və nüvə proqramı obyektlərinə mümkün zərbələrə hazırlaşmağa çalışdığı barədə məlumat yayıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
24
azvision.az

1Mənbələr