İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlmasında deyib ki, Azərbaycanın Çinlə ticarət əlaqələri kifayət qədər genişdir və Çin hazırda ölkəmizin əsas idxal tərəfdaşlarından biridir:
“Statistik göstəricilərə əsasən, Çin Azərbaycan üçün ilk üç idxal ölkəsindən biridir və bu ölkədən ümumi idxalın təxminən 17–20 %-i həyata keçirilir. Çindən idxal olunan məhsulların əsas səbəbi qiymət baxımından daha əlverişli olmasıdır. Məsələn, bir çox hallarda insanlar Çin istehsalı olan avtomobilləri, məişət texnikasını və smartfonları Almaniya və digər Qərb ölkələrinin məhsullarından daha ucuz və əlçatan olduğu üçün seçirlər. Çin məhsulları həm qiymət, həm də texniki xüsusiyyətlər baxımından geniş çeşiddə təklif olunur və bu da onları rəqabətli edir. Azərbaycan Çindən əsasən məişət texnikası və alətləri, avtomobillər və digər nəqliyyat vasitələri, elektronika və smartfonlar, sənaye üçün yarımfabrikat materiallar, avadanlıqlar və aksesuarlar məhsullarını idxal edir. Çinə ixrac isə çox məhduddur. Coğrafi uzaqlıq və enerji bazarındakı rəqabət səbəbilə neft və qaz məhsullarının ixracı real görünmür”.
İqtisadçı əlavə edib ki, Çin bu məhsulları daha yaxın regionlardan tədarük edir:
“Qeyri-neft sektorunda isə ixrac imkanları hazırda zəif olsa da, potensial mövcuddur. Çin dünyanın ən böyük bazarlarından biridir və bu ölkəyə meyvə-tərəvəz, kənd təsərrüfatı məhsulları, aqrar sənaye məhsulları kimi qeyri-neft sahəsinə aid məhsulların ixracı gələcəkdə ölkəmiz üçün strateji istiqamət ola bilər. Hazırkı mərhələdə Çin əsasən idxal tərəfdaşımız olsa da, gələcəkdə qarşılıqlı ticarət balansının yaxşılaşdırılması üçün qeyri-neft sektorunun inkişafı və ixrac imkanlarının genişləndirilməsi vacibdir”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
dogru.azMeningokok təhlükəsi artır: Səbəb miqrasiya və zəif peyvəndləmədir ( 19504727)
-
dogru.azMeningokok təhlükəsi artır: Səbəb miqrasiya və zəif peyvəndləmədir ( 19504655)
-
konkret.azÖlkədə müşahidə olunan isti hava ilə bağlı VACİB AÇIQLAMA: “Belə davam etsə…” KONKRET ( 19494005)
-
konkret.azÖlkədə müşahidə olunan isti hava ilə bağlı VACİB AÇIQLAMA: “Belə davam etsə…” ( 19493093)
-
referans.azQusma, başgicəllənmə, zəhərlənmə – Çimərliklərin görünməyən tərəfi - XƏBƏRDARLIQ! ( 19486778)
-
yenisabah.azQusma, başgicəllənmə, zəhərlənmə Çimərliklərin görünməyən tərəfi XƏBƏRDARLIQ! ( 19482665)
-
yenisabah.azQusma, başgicəllənmə, zəhərlənmə – Çimərliklərin görünməyən tərəfi - XƏBƏRDARLIQ! ( 19482623)
-
referans.azÇoxu istifadə edir, amma təhlükəlidir – Professordan XƏBƏRDARLIQ ( 19482458)
-
news24.azÇimərliklərdə “Vibrio” təhlükəsi: Ölümcül infeksiyalara səbəb ola bilər ( 19461194)
-
Ajans.azTəhlükəli bakteriya aşkarlandı ( 19459238)