AZ

2025-ci il Həcc ziyarətində 420 070 işçi xidmət göstərib

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Baş Statistika Qurumunun məlumatına görə, builki Həcc ziyarəti zamanı 1 milyon 673 min 230 zəvvara xidmət göstərmək üçün dövlət və özəl sektordan, o cümlədən təhlükəsizlik xidmətlərindən ümumilikdə 420 min 70 işçi çalışıb.

Hafta.az-ın yazdığına görə, işçilərin 92 faizi kişi, 8 faizi qadın olub.

Müqəddəs məkanlarda 34540 kişi və qadın könüllü çalışıb və onlar Həcc mövsümündə ümumilikdə 2 milyon 134 min 398 saat fəaliyyət göstərib.

Həmçinin bildirilib ki, bu il səkkiz ölkədən 314337 kişi və qadın zəvvar Məkkə Marşrutu Təşəbbüsündən faydalanıb, bu da bütün zəvvarların 20,9 faizini təşkil edir.

Qeyd edək ki, 2017-ci ilin Həcc mövsümündə irəli sürülən bu təşəbbüs zəvvarların səyahət prosedurlarını sadələşdirmək məqsədi daşıyır.

GASTAT daha əvvəl açıqlamışdı ki, bu il qeydiyyatdan keçmiş 1 milyon 673 min 230 zəvvardan 1 milyon 506 min 576 nəfəri müxtəlif giriş məntəqələri vasitəsilə xaricdən gəlib. Bu il Həcc ziyarətinə gedən səudiyyəli vətəndaşların sayı 166654 nəfər olub.

Builki Həcc ayinlərində ümumilikdə 877841 kişi və 795389 qadın zəvvar iştirak edib.

Seçilən
17
hafta.az

1Mənbələr