Bakı. Trend:
Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldanazad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş,yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlətvəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmənzilli yaşayışbinalarının tikintisi qaydaları müəyyənləşdirilir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsininbu gün keçirilən iclasında müzakirə olunan Mənzil Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və yahərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla)nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş, icbarisığortası olan yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərininvə çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabınatikintisi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən bu barədə qərar qəbul ediləbiləcək.
Həmin qərarda sifarişçinin funksiyalarını yerinə yetirəcəkdövlət orqanları (qurumları) müəyyən ediləcək.
Məcəllədə nəzərdə tutulan qəza vəziyyətində olan mənzillərin(yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidənplanlaşdırılmasına dair tələblər yuxarıda müəyyən edilmiş hallaraşamil edilməyəcək.