Bakı. Trend:
Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyəverilməsinin ümumi əsaslarında dəyişiklik edilir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsininbu gün keçirilən iclasında müzakirə olunan Torpaq Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, torpaq sahəsinin bələdiyyəmülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə vəya fərdi yaşayış evinin tikintisi üçün vətəndaşın mülkiyyətinəverilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə(icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsibarədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağınayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu vəşəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyətiorqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
Təklif edilən dəyişikliyə əsasən, bu qayda təbii fəlakət,texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş əraziləristisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətədüşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin vəçoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrininayrılması halına şamil edilməyəcək.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, təbii fəlakət,texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş əraziləristisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətədüşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin vəçoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrininverilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyətorpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaqhərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcək.