AZ

Britaniya Gürcüstanda şəffaflıq layihələrinə dəstəyini dayandırdı

Britaniya

Böyük Britaniyanın Gürcüstandakı səfirliyi yerli seçkilərdə şəffaflığın və dürüstlüyün təmin olunmasına yönəlik bütün qrant proqramlarını dayandırdığını açıqlayıb. Səfirlik bildirir ki, 4 oktyabrda keçirilməsi planlaşdırılan bələdiyyə seçkiləri üçün nəzərdə tutulan maliyyə dəstəyi artıq verilməyəcək.Bu qərarın əsas səbəbi kimi Gürcüstan hökumətinin qrantların təsdiqlənməsi ilə bağlı suallara cavab verməməsi və ölkədə yeni qəbul edilmiş “xarici təsir agentləri” qanunu göstərilir. Səfirlik bəyan edib ki, yaranmış qeyri-müəyyənlik və yeni hüquqi tələblər səbəbindən əməkdaşlıq imkansız hala gəlib.Britaniya diplomatik nümayəndəliyi təəssüf hissi ilə qeyd edir ki, şəffaflıq və demokratiya naminə həyata keçiriləcək təşəbbüslərə dəstək göstərmək bu şəraitdə mümkün deyil.Ulusum.az

Diqqət Çəkənlər

Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər

Zülallı Zövq: Tərəvəzli və Ətli Tortilya - VİDEO

Greta Tunberq İsveçə qayıtdı – aeroportda fələstin bayraqları altında qarşılandı

Seçilən
56
ulusum.az

1Mənbələr