AZ

Allahverdi Bağırov – Milli Qəhrəmanımızın Əbədi Xatirəsi

Allahverdi

Onun şərəfli həyatı və qəhrəmanlığı xalqımızın yaddaşında əbədi iz buraxıb.Bu gün, 12 iyun 2025-ci il, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhidliyinin 33-cü ildönümüdür. O, 1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olub. Gənc yaşlarından idmanla məşğul olan Bağırov, "Qarabağ" futbol klubunun oyunçusu və sonradan baş məşqçisi olub. Qarabağ münaqişəsi başladıqdan sonra vətənin müdafiəsinə qalxaraq ilk müdafiə dəstələrinin təşkilatçılarından biri olub. 1991-ci ildə yaradılan 845 saylı taborun komandiri kimi Xocalı soyqırımı zamanı əsirlərin azad olunmasında xüsusi rol oynayıb. 1992-ci il iyunun 12-də minaya düşərək şəhid olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Allahverdi Bağırovun qəhrəmanlığı xalqımızın yaddaşında əbədi qalacaq.Rəxşəndə DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər

Zülallı Zövq: Tərəvəzli və Ətli Tortilya - VİDEO

Greta Tunberq İsveçə qayıtdı – aeroportda fələstin bayraqları altında qarşılandı

Seçilən
49
ulusum.az

1Mənbələr