AZ

Netanyahudan qalmaqallı açıqlama: Osmanlı İmperiyası...

İsrailin baş naziri Benyamin Netanyahu Argentina prezidenti Xavyer Mileyin qonaq qismində iştirak etdiyi Knesset iclasındakı çıxışında diqqətçəkən açıqlama verib.

Publika.az xəbər verir ki, Netanyahu Argentinanın 19-cu əsrin ikinci yarısında təkcə Şərqi Avropadan deyil, Osmanlı İmperiyasından da yəhudilərə sığınacaq kimi xidmət etməyə başladığını qeyd edib.

O, yəhudilərin iqtisadi çətinliklər və antisemitizmin artması səbəbindən bölgədən qaçdığını iddia edib.

Netanyahu Osmanlı İmperiyasını müzakirə edərkən “Bəziləri mənimlə razılaşmasa da, bu imperiyanın tezliklə geri dönəcəyinə inanmıram, geri qayıtmayacaq” deyib.

Seçilən
8
1
publika.az

2Mənbələr