Futbol üzrə Polşa milli komandasının baş məşqçisi Mixal Probej istefaya göndərilib.

Offsideplus.az xəbər verir ki, buna Probejin yığmanın ən məhsuldar futbolçusu, kapitan Robert Levandovski ilə qalmaqal yaşaması səbəb olub.

Belə ki, iyunun 8-də baş məşqçi heç bir səbəb göstərmədən Levandovskini kapitan sarğısından məhrum edib.

Bundan qəzəblənən "Barselona"nın futbolçusu "Mixal Probej baş məşqçi olduğu müddətdə yığmada çıxış etməyəcəm" bəyanatını verib.

Xoşagəlməz söz-söhbətlər və üstəlik iki gün öncə Polşa milli komandasının dünya çempionatının seçmə mərhələsində səfərdə Finlandiyaya 1:2 hesablı məğlubiyyəti Probejin istefası ilə nəticələnib.