AZ

"Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi  “Koorupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” adlı layihənin icrasına başlayıb

Ölkəmizdə korrupsiyaya qarşı ardıcıl mübarizə aparılır, hüquqi və təşkilati mexanizmlər yaradılır, yeni normativ hüquqi aktlar qəbul olunur, qanunvericilik təkmilləşdirilir. Son dövrlərdə qəbul olunmuş AR Rəqabət Məcəlləsi bu istiqamətdə vacib  qanunlardan biridir.
 
Məcəllənin müddəalarının sahibkarlar, məmurlar, ziyalılar arasında izahı korrupsiya hallarının azaldılmasına kömək edəcək əsas vasitələrdən biri kimi çıxış edir.
Bu məqsədlə "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Koorupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” adlı layihəni həyata keçirir. 
 
Layihə çərçivəsində Bakı, Mingəçevir, Salyan, Şamaxı, Ağcabədi və Xaçmaz rayonlarında 100 nəfərdən artıq sahibkarın, dövlət qulluqçusunun, ziyalıların iştirakı ilə təlimlər keçiriləcək. Təlim prosesində dövlətin apardığı antiinhisar və antikorrupsiya siyasətyinin mahiyyəti, Rəqabət Məcəlləsinin məzmunu, mahiyyəti, tətbiqi mexanizmi izah ediləcəkdir. İnhisarçılığın aradan qaldırılmasında sahibkarların dövlət orqanları, QHT-lər və Media ilə əlaqə və əməkdaşlığı qaydaları öyrədilə¬cəkdir. 
 
Layihənin icrası zamanı hüquqşünas və iqtisadçıların iştirakı ilə benefesiarlar üçün TV verilişi təşkil ediləcək, müxtəlif qurumların maraqlarının və mövqelərinin öyrənilməsi, mövcud problemlərə fərqli baxışların ifadə edilməsi və təkliflərin irəli sürülməsi məqsədilə Bakıda Dəyirmi Masa keçiriləcəkdir. 
 
Layihənin rəhbəri "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov bildirmişdir ki, korrupsiya hallarının qarşısının alınması üçün ardıcıl tədbirlər keçirilir. Siyasi, təşkilati, texniki sturuktur dəyişmələri ilə yanaşı, qanunvericilk də təkmilləşdirilir. Ancaq yeni qəbul edilən çox əhəmiyyətli qanunların mahiyyəti heç də həmişə əhalinin geniş təbəqələrinə çatdırılmır. Bu isə öz növbəsində ictimai nəzarəti zəiflədir, insanlar öz hüquqlarını müdafiə etmək imkanında olmur. 
 
Rəqabət münasibətlərinin yeni formalaşdığını, həqiqi rəqabət mühitinin olmadığını, sahibkarların antiinhisar fəaliyyətlərində zəif iştirakını nəzərə alaraq bir qrup hüquqşünas və iqtisadçı ilə Məcəllənin izahı və təbliği ilə bağlı təşəbbüs qaldırdıq. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu təşəbbüsümüzə dəstək verdi. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, yerli İcra hakimiyyətləri, QHT fəalları və KİV nümayəndələri tədbirlərimizi dəstəkləyir, onlar da fəal iştirak edirlər.
 
Tədbirlər zamanı sahibkarlar arasında sorğu keçiriləcək, təkliflər ümumiləşdirilib dövlət orqanlarına təqdim olunacaqdır. 
 
Rəqabətlə və korrupsiyaya qarşı mübarizə ilə bağlı sənədlər toplusu hazırlanıb iştirakçılara paylanacaqdır. 
 
Həmişə olduğu kimi "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin bu layihəni də yüksək peşəkarlıqla icra edəcəyinə əminik.
Seçilən
6
1
moderator.az

2Mənbələr