AZ

Tarixdə ilk dəfə Günəşin qütblərinin görüntüləri əldə edildi Heyrətamiz KADRLAR

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa Kosmik Agentliyinin "Solar Orbiter" adlı aparatı Günəşin qütb bölgələrinin ilk görüntülərini əldə edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə qurumun rəsmi saytında xəbər verilib.

Alimlərin sözlərinə görə, bu nailiyyət cihazın 2025-ci ilin fevralından etibarən Günəşin ekvatoruna 17 dərəcə bucaq altında yaxınlaşması sayəsində mümkün olub. İndiyədək bütün müşahidələr, demək olar ki, yalnız ekvatorial müstəvidən aparılırdı. İndi isə tədqiqatçılar Günəşin cənub qütbünə unikal baxış əldə ediblər.

Tarixdə ilk dəfə Günəşin qütblərinin görüntüləri əldə edildi - Heyrətamiz KADRLAR

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edilir ki, yeni müşahidələr zamanı "Solar Orbiter" üç əsas cihazdan istifadə edib: PHI kamerası adi işıqda görüntülər çəkərək ulduzun səthindəki maqnit sahəsini xəritələşdirib, EUI cihazı Günəşin tacındakı ultrabənövşəyi şüalanmanı qeydə alıb, SPICE isə müxtəlif hündürlük və temperatur qatlarında Günəş atmosferinin parıltısını təhlil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
oxu.az

1Mənbələr