Ukrayna lideri Vladimir Zelenski özünü Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilllə müqayisə edib. Bu barədə Avropanın Politico nəşri məlumat yayıb.
O, Rusiya və Ukrayna arasında münaqişənin nəticəsini nə qədər şübhə altına alması ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, "hətta Uinston Çörçill İkinci Dünya Müharibəsində nasistlərə qarşı döyüşərkən ümidsizlik anları yaşayıb”.
"Ukraynada heç kimdən az şübhə etmirəm. Amma fərq odur ki, mən prezidentəm. Ona görə də müharibənin sonuna qədər heç vaxt bir an belə zəiflik nümayiş etdirməyəcəyəm. Heç vaxt qara günlərimi heç kimlə bölüşməyəcəyəm", - Zelenski bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural