AZ

Ulduz futbolçu bu gözələ fars modellə xəyanət etdi

İngiltərə Premyer Liqasının keçmiş ulduzu, hazırda isə İtaliyanın "Komo" klubunda çıxış edən Dele Allinin şəxsi həyatında yenidən çalxantılar yaşanır.

Publika.az xəbər verir ki, yay tətilini İbizada keçirən futbolçu, bu dəfə sevgilisi, model Sindi Kimberlisiz səyahət edib.

Sindi bu vaxt Mərakeşdə şəxsi geyim brendini tanıtmaqla məşğul olub. Şahidlərin bildirdiyinə görə, Dele isə Amsterdamdan olan, fars əsilli model Parmida Şahbazi ilə birgə əylənib. Cütlük kluba birlikdə gedib və gecəni orada keçirib.

İbizada futbolçunun bacısı Molli də olub. O, sonradan Parmidanı "Instagram"da izləməyə başlayıb, lakin yayılan söz-söhbətlərdən sonra onu izləmədən çıxarıb. Bu detal Dele ilə Parmida arasında mümkün yeni münasibət barədə şayiələri daha da alovlandırıb.

Qeyd edək ki, Dele Alli ilə Sindi Kimberli arasında münasibətlərin gərginliyi barədə söz-söhbətlər mediada ilk dəfə deyil ki, yayılır. İki il əvvəl Sindi onun ad gününə yazdığı təbrik mesajını sosial şəbəkələrdən silmiş, bu da xəyanət şayiələrini gücləndirmişdi. Bildirilir ki, futbolçu bu məsələlərə görə dəfələrlə üzr istəyərək hədiyyələr və bahalı səfərlərlə münasibəti düzəltməyə çalışıb.

Seçilən
41
publika.az

1Mənbələr