AZ

Bakının qəlbindəki “Kiçik Venesiya”ya səyahət VİDEO

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 iyun, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Növbəti ünvan "Kiçik Venesiya şəhərciyi”dir.

Paytaxtın sevimli istirahət məkanlarından biri olan "Kiçik Venesiya şəhərciyi” Bakı şəhərində, Dənizkənarı Milli Parkın ərazisində yerləşir. Adından da göründüyü kimi, o, İtaliyanın romantik Venesiya şəhərindən ilhamlanaraq yaradılıb. 1960-cı ildən bu yana Bakı sakinləri və şəhərə gələn qonaqlar bu məkanda qısa müddətə də olsa, Avropa ab-havasını hiss edə bilirlər.

Burada kiçik qayıq icarəyə götürüb, səyahət boyunca ətrafdakı mənzərəni seyr etmək və təbiətin ahəngindən zövq almaq mümkündür. Bu qısa qayıq gəzintisi həm uşaqlar, həm də böyüklər üçün unudulmaz bir xatirəyə çevrilir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Parkın kanallarının ümumi uzunluğu 1350 metr, dərinliyi isə 1.3 metrdir. Kanalları doldurmaq üçün 7 min kubmetr sudan istifadə olunur. Parkın ümumi sahəsi 9,740 kvadratmetrdir.

“Kiçik Venesiya” təkcə su gəzintisi deyil, həm də sakitlik, romantika və harmoniya axtaranlar üçün əsl nağıl guşəsidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
azertag.az

1Mənbələr