AZ

İllər sonra Premyer Liqaya qayıtdılar, rəhbərlik gözlənilməz qərar verdi

Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubunda hələ də gözlənən hərəkətlilik yoxdur. Belə ki, bölgə təmsilçisi stadionla bağlı çalışmalara başlamalı və növbəti mövsümün planlamasını etməlidir. Ancaq Yevlax klubu hələ də gözləyir. 

Nə stadion təmirə  bağlanıb, nə də oyunçularla bağlı qərar verilib. Hətta məşqçilər heyəti belə ötən mövsüm komandada çıxış edən futbolçulardan hansının qalıb-qalmayacağını bilmir.  

Bunun da əsas səbəbi klub rəhbərliyindən verilən gözlənilməz qərardır. Belə ki, rəhbərlik komandaya əlavə büdcə ayırmayacağını bildirib. Kluba dövlətdən ayrılacaq 2,5 milyon manatın yetəcəyi düşünülür. Bu da “Karvan”da müəyyən işlərin başlanmasını gecikdirir. Rəhbərliyin bu qərar yeni transferlərin heyətə cəlb edilməsinə əngəl olub. Çünki məşçqilər heyətinin bəyəndiyi futboçuların maaş gözləntisi klub tərəfindən qarşılana bilmir.

İdmanxeber.az 

Seçilən
7
idmanxeber.az

1Mənbələr