Klublararası dünya çempionatında komanda sayı artırıla bilər.
Msport.az xəbər verir ki, bu, yayda keçiriləcək turnirdən asılı olacaq.
Belə ki, yarışın yeni formatı uğurlu olsa, FIFA 2029-cu ildəki turnirə 48 komandanın qatılmasını müzakirəyə çıxaracaq. Növbəti dünya çempionatının formatı və strukturu ilə bağlı danışıqlar builki turnirdən sonra aparılacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək 32 komandanın iştirakı ilə ABŞ-da keçiriləcək.