AZ

Aylar sonra ortaya çıxdı: Görənlər tanıya bilmədi - FOTO

Beynində üçüncü dəfə laxtalanma gedən və uzun müddət reanimasiyada qalan "Yeşilçam"ın əfsanəvi siması Kadir İnanırın son görüntüsü yayımlanıb. 

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, gözlə görünəcək qədər arıqlayan 76 yaşlı əfsanəvi aktyorun üzündəki təbəssüm sevənlərinə ümid verib.

Qeyd edək ki, ötən il beyin damarlarında qan laxtalanması səbəbindən əməliyyat olunan İnanır mart ayında keçirdiyi insult səbəbilə huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən sənətçi təxminən 4 ay davam edən kritik müalicə müddətindən sonra palataya aparılıb və sonra evə buraxılıb.

Sağalarkən ağciyər infeksiyası keçirən İnanır iyul ayında yenidən müalicəyə aparılıb. Fizioterapiya prosesi hələ də davam edən usta aktyorun sağlamlıq durumu yaxından izlənir. İnanırı son olaraq sənətçi Ümit Tokcan və rəssam Sali Turan ziyarət edib. Son görüntülərdə İnanırın xeyli çəki itirdiyi açıq şəkildə görünür. Olduqca arıqladığı diqqət çəkən sənətkarın sağlamlıq durumunun yaxşı olduğu bildirilib. 

Musavat.com

Seçilən
58
3
musavat.com

4Mənbələr