AZ

Yeni aldığı kondisioner ev sahibini bezdirdi— Kontakt Home problemə nə cavab verdi?

Bakı sakini Murad Kərimli, “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı kondisionerin dəfələrlə nasazlıq yaratmasından narazılıq edib. Müştərinin sözlərinə görə, o, 10 may 2025-ci il tarixində “Kontakt Home”un Azadlıq filialından “Gree” və “Samsung” markalı olmaqla iki ədəd kondisioner əldə edib. Cihazlar quraşdırıldıqdan sonra ilkin yoxlamadan keçib və işlək vəziyyətdə olub.

AzPost bildirir ki, may ayının sonlarında “Gree” markalı kondisionerdə texniki problem yaranıb. Belə ki, cihaz özünü söndürərək F0 xəta kodu göstərib. Murad bəy 4 iyun 2025-ci il tarixində servis xidmətinə müraciət edib və texniki heyət problemi araşdırıb. Mütəxəssislər kondisionerin çöldə yerləşən blokunda boru rezbasında problem olduğunu və bu səbəbdən freon qazının sızdığını aşkarlayıb. Problem aradan qaldırılsa da, cəmi beş gün sonra, 9 iyun tarixində cihaz yenidən eyni xəta ilə sıradan çıxıb.

Şikayətçi sosial şəbəkədə baş verənlərlə bağlı status paylaşaraq narazılığını ifadə edib və məsələ ilə bağlı ictimaiyyətə məlumat verib.

Məsələ ilə bağlı “Kontakt Home” rəsmi olaraq müştərinin müraciətinə cavab verib. Şirkətdən bildirilib ki, baş verən narahatlıq üçün üzr istəyirlər və problem artıq dəqiqləşdirmə mərhələsindədir. Şirkət müştəridən səbrlə gözləməyi xahiş edib və qısa zamanda geri dönüş ediləcəyini qeyd edib.

AzPost.az

Seçilən
15
azpost.info

1Mənbələr