AZ

Qadınların iqtisadiyyatda, siyasətdə və sosial həyatdaiştirakı güclənməlidir - Türkiyəli nazir

Bakı. Trend:

Qadınların iqtisadiyyatda, siyasətdə və sosial həyatda iştirakıgüclənməlidir.

Trend xəbər verirki, bunu Türkiyənin ailə məsələləri və sosial xidmətlər üzrə naziriMahinur Özdemir Göktaş Bakıda Türk Dövlətləri Təşkilatının (TDT)ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurumrəhbərlərinin ikinci iclasında deyib.

“Qadınlar ailənin və cəmiyyətin təməlidir, ənənələrinqoruyucusudur və nəsillər arasında bağlayıcı halqadır. Lakinonların iqtisadiyyatda, siyasətdə və sosial həyatda iştirakıgücləndirilməlidir — bu həyati əhəmiyyət daşıyır.

Qadınların iqtisadi fəaliyyətə daha çox qoşulması birbaşa olaraqartımın və inkişafın sürətlənməsinə, ictimai rifahınmöhkəmlənməsinə və gəlir bölgüsünün yaxşılaşmasına töhfə verir. Bukontekstdə biz qadınların əmək bazarında üzləşdiyi maneələrinaradan qaldırılmasına yönəlmiş mühüm qanunvericilik tədbirlərihəyata keçirmişik”, — deyə o qeyd edib.

Göktaş vurğulayıb ki, qadın liderliyi ekoloji dayanıqlılıqməsələlərində ümidverici perspektivlər açır. İqlim böhranı iləmübarizədə yerli, milli və beynəlxalq səviyyədə uğurlutəşəbbüslərin arxasında qadın liderlər dayanır.

Seçilən
23
az.trend.az

1Mənbələr