AZ

Milli Məclisin TÜRKPA-ya sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində bütün addımlar atılıb - Sahibə Qafarova

Bakı. Trend:

Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə parlamentlərarasıəlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha dagücləndirilməsi istiqamətində bütün addımlar atılıb.

Trend xəbərverir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanınpaytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclasındaçıxışı zamanı səsləndirib.

Spiker TÜRKPA-nın adi bir beynəlxalq platforma olmadığını, onuneyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaşxalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən birtəşkilat olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakıəməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nınsəmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyingenişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat həm də türkdünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarındaeşidilməsinə imkan yaradır.

Seçilən
18
5
az.trend.az

6Mənbələr