Los-Ancelesdəki iğtişaşlar Vaşinqton və Sietl şəhərlərinə yayılıb.
Publika.az ABŞ mətbuatına istinadla xəbər verir ki, insanlar zibil qutularını yandırıb, polisə partlayıcı maddələr atıblar.
Vaşinqton ştatının Spokane şəhərində saat 21:30-dan etibarən komendant saatı tətbiq edilib. Bundan əvvəl Los-Anceles hakimiyyəti də eyni tədbiri qəbul etmişdi.
Artıq bir neçə gündür ki, ABŞ-ın immiqrasiya siyasətindən narazı olan insanlar Amerika şəhərlərinin küçələrində iğtişaşlar törədirlər.