Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Çin aviasiya sənayesi korporasiyası dünyanın ən böyük "AG600" amfibiya təyyarəsinin kütləvi istehsalına keçdiyini rəsmən elan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə KP.ru nəşri məlumat verib.
Məlumata görə, müvafiq lisenziya iyunun 11-də alınıb və bu, kütləvi istehsala yol açıb.
Yeni təyyarənin ölçüləri heyranedicidir: uzunluğu 38.9 metr, hündürlüyü 11.7 metr, qanadlarının uzunluğu 38.8 metrə çatır. Ölçü baxımından "AG600" standart dar gövdəli laynerləri üstələyir. Texniki xüsusiyyətlərə 60 tonluq maksimum uçuş çəkisi və 4500 km-ə qədər uçuş məsafəsi daxildir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"AG600"ün əsas məqsədi meşə yanğınlarını söndürmək (12 ton su daşıya bilir) və suda xilasetmə işləri aparmaqdır. Bununla yanaşı, konstruksiyası digər vəzifələri yerinə yetirmək üçün sürətli yenidən təchizat imkanı da verir: dəniz mühitinin monitorinqi, sərnişinlərin və yüklərin aparılması və faydalı qazıntıların kəşfiyyatı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.