AZ

Ötən beş ayda yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılanların sayı açıqlanıb

Bakı, 12 iyun, AZƏRTAC

Bu ilin yanvar-may ayları ərzində 21 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, onların 55,87 faizini kişilər, 44,13 faizini isə qadınlar təşkil edib.

 

Seçilən
64
3
azertag.az

10Mənbələr