Şimali Kiprdə 108 min 190 tələbənin 43,1 faizini qadınlar təşkil edir.
“Report” xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə çəsul nazir və qurum rəhbərlərinin 2-ci iclasında danışıb.
O vurğulayıb ki, Şimali Kiprin əhalisinin 46 faizini qadınlar təşkil edir:
“Qadın sağlamlığını təşviq hesabına ölkəmizdə qadınlar kişilərdən daha uzunömürlüdür. Bizdə qadınların təhsilinə də böyük diqqət göstərilir. Hazırda Şimali Kiprdə 108 min 190 tələbənin 43,1 faizini qadınlar təşkil edir. Ölkəmiz iş həyatında qadın investorlara dəstək göstərərək qadınların biznes mühitində aktiv iştirakını təşviq edir. Qadının cəmiyyətdəki yerini möhkəmləndirmək üçün mütəmadi layihələr həyata keçiririk, çünli qadın güclüdürsə, ailə və cəmiyyət güclüdür”.