Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubançibek Omuraliyev Ailə məsələləri və sosial siyasətlər üzrə nazirlər və aidiyyəti qurum rəhbərlərinin II toplantısında mühüm açıqlamalarla çıxış edib.
Oxu.Az xəbər verir ki, baş katib çıxışı zamanı Türkiyənin təşəbbüsü ilə 2026-cı ildə sosial xidmətlərin transformasiyası sahəsində türk dövlətləri arasında birgə fəaliyyətlərin həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Omuraliyev xatırladıb ki, 2024-cü ildə İstanbulda keçirilən ilk toplantı ailə institutu və qadın hüquqlarının qorunması sahəsində ortaq mövqelərin formalaşdırılmasına mühüm töhfə verib.
"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, ailə dəyərlərinin qorunması və sosial siyasət sahəsində birgə baxışların dəstəklənməsi istiqamətində əməkdaşlığımızı davam etdiririk. Ölkələrimizin artan iqtisadi potensialı bu sahədə həyata keçiriləcək ortaq proqramların daha effektiv və genişmiqyaslı olmasına imkan yaradacaq", - deyə Omuraliyev qeyd edib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Baş katib onu da əlavə edib ki, bu günədək qəbul olunan sənədlər çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın davamlılığını təmin etmək üçün bütün imkanlar səfərbər olunacaq.

Elçin Aslangil
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.