AZ

Bakıda 500 mindən artıq sənədsiz ev var– Deputat

Bakı. Trend:

Təkcə Bakıda 500 mindən artıq sənədsiz ev var.

Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlərkomitəsinin üzvü Arzuxan Əlizadə komitənin bu gün keçiriləniclasında müzakirə olunan dörd məcəllə və üç qanunda dəyişiklikedilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bu evlər həm də sığortalanabilmir.

“Sabunçuda subasma nəticəsində xeyli mənzilə ziyan dəyib.Onların heç birinin sənədi yoxdur, çox ciddi zərər dəyib. Neft olanərazidə yerləşdiyindən zərərli suların evlərə dolması nəticəsindəəksəriyyətində yaşamaq belə mümkün deyil. O vətəndaşlara hansısaformada dəstək olmaq imkanından məhrumuq, çünki sənədləri yoxdur.Balaxanıneftin rəhbəri ilə əlaqə saxlamağa çalışdım, telefonlarımacavab vermədi, müavini dedi ki, rəsimi çox az hallarda görürəm”, -deyə deputat vurğulayıb.

Məqalədə:
Seçilən
54
6
az.trend.az

8Mənbələr