İran uranı zənginləşdirmək hüququndan əl çəkməyəcək...
Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyi İranın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
O qeyd edib ki, "dost" regional ölkə Tehrana mümkün hərbi zərbə ilə bağlı xəbərdarlıq edib.
"Təzyiq bazar günü Omanda ABŞ-la danışıqlar zamanı Tehranı nüvə hüquqları ilə bağlı mövqeyini dəyişməyə təsir etmək məqsədi daşıyırdı", deyə nəşr yazır.
Bundan əvvəl Mehr agentliyi İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayiyə istinadən xəbər vermişdi ki, İran Oman vasitəsilə respublikanın nüvə proqramı ilə bağlı təkliflərini ABŞ-a təqdim edəcək.
O, uranın zənginləşdirilməsinin İranın nüvə sənayesi üçün strateji zərurət olduğunu və ölkənin milli maraqlarına xidmət etdiyini vurğulayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və İran arasında danışıqların yeni mərhələsinin mümkünlüyündən də danışıb. Onun sözlərinə görə, qərar verilsə, elan olunacaq.
Poliqon.info