Rusiyanın təşkil etdiyi və beynəlxalq musiqi layihəsi kimi təqdim olunan “İnterviziya” mahnı müsabiqəsində 20 ölkə iştirak edəcək.
Bizim.Media xəbər verir ki, müsabiqə təşkilatçılarının verdiyi məlumata görə, Rusiya səhnəsində ABŞ və Çin nümayəndələri də çıxış edəcək.
Artıq aşağıdakı ölkələr yarışmada iştiraklarını təsdiqləyiblər:
Azərbaycan, Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, ABŞ, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikası.
Bu müsabiqə, əslində, “Avroviziya”nın alternativi kimi təqdim olunur və əsasən Avrasiya, Asiya, Afrika və Latın Amerikası ölkələrinin mədəniyyətlərini bir araya gətirməyi hədəfləyir.
Azərbaycanın bu layihədə iştirakı ölkənin beynəlxalq mədəni layihələrdəki fəallığını bir daha nümayiş etdirir. Yarışmanın hansı tarixdə və harada keçiriləcəyi, habelə Azərbaycanı kimin təmsil edəcəyi yaxın günlərdə açıqlanacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta