“Atletiko Madrid” klubu 2025/2026 mövsümü üçün yeni formalarını təqdim edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klubun “Nike” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırladığı forma ənənəvi qırmızı-ağ üslubu müasir dizaynla birləşdirir.
Yeni formada beş şaquli qırmızı zolaq və dörd ağ zolaq bir-birini əvəz edir. Köynək vintage üslubunda ağ yaxalıqla tamamlanıb. Klubun gerbi isə daha çox nəzərə çarpması üçün sarı konturla bəzədilib.
Formaya tünd göy rəngli şort və corablar daxildir ki, bu da ümumi görünüşə həm klassik, həm də müasir kontrast verir. Yeni dəst klubun dəyərlərini və azarkeşlərin mənsubiyyət hissini əks etdirmək məqsədi daşıyır.
“Atletiko Madrid” 2024/2025 mövsümünü La Liqada üçüncü pillədə tamamlayıb.