AZ

Türkmənistan rəsmisi: Gender bərabərliyi prinsipi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 12 iyun, AZƏRTAC

Türkmənistanda qadınların sosial və iqtisadi həyatda fəal iştirakı dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizdə gender bərabərliyi prinsipi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Taçjanov Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin II iclası çərçivəsində keçirilən nazirlərin görüşündə səsləndirib.

Nazir müavini öz çıxışında ailə və sosial siyasət sahəsində görülən işlər, qadınların cəmiyyətdəki rolu və sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verib. “Bərabər hüquqlu cəmiyyət quruculuğu bizim üçün əsas prioritetlərdəndir. Türkmənistanda qadınlar tam hüquqlu fərdlər kimi cəmiyyətin bütün sahələrində, iqtisadiyyat, siyasət, ictimai həyat və humanitar sahələrdə fəal iştirak edirlər. Bu, dövlətimizin gender bərabərliyinə verdiyi önəmin və ailə institutuna göstərdiyi diqqətin göstəricisidir”, – deyə Halbibi Taçjanov vurğulayıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

O qeyd edib ki, qadınlara kişilərlə bərabər iş imkanlarının yaradılması, peşə hazırlığı və karyera inkişafı üçün bərabər şəraitin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qadınlar sahibkarlıq fəaliyyətində kişilərlə eyni hüquqlara malikdirlər və peşəkar məsuliyyətləri uğurla yerinə yetirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
azertag.az

2Mənbələr