AZ

Anar Nəzirov və İsmayıl İbrahimli “Zirə”də qaldılar

Premyer Liqanın gümüş mükafatçısı “Zirə” 2 futbolçusu – Anar Nəzirov və İsmayıl İbrahimli ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb. Həmçinin İsmayıl İbrahimli də bu kluba birdəfəlik transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Zirə” ilə icarə müqaviləsinin müddəti bu yay başa çatmış İsmayıl İbrahimli ötən gün müqavilə ilə məxsus olduğu “Qarabağ”ı tərk edib. Ağdam klubu onunla yeni müqavilə imzalanmadığını açıqlamışdı. Bu üzdən də yarımmüdafiəçi son iki mövsümdə icarədə olduğu “Zirə” ilə azad agent kimi müqavilə bağlayıb.

Seçilən
23
1
arena.az

1Mənbələr