İngiltərənin "Çelsi" klubu 2025/2026 mövsümü üçün ikinci formalarını təqdim edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Bu gün təqdim olunan və satışa çıxarılan yeni mövsüm üçün Nike səfər dəstinin dizaynı təzə açılmış kətan üzərindəki səliqəli, nazik fırça vuruşlarını xatırladır.
Komandamız Amerika Birləşmiş Ştatlarında keçiriləcək FİFA Klublararası Dünya Çempionatında “Flamenqo” və Tunisin “Esperance” komandaları ilə qarşılaşmada səfər formasını geyinəcək”, - məlumatda deyilir.
"Çelsi" İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünü turnir cədvəlində dördüncü yerdə başa vurub. Enzo Mareskanın komandası yeni mövsümdə Çempionlar Liqasında çıxış edəcək.