Yaponiyanın rəsmi qurumları bildiriblər ki, ötən həftəsonu Çin Xalq Respublikasına (ÇXR) məxsus döyüş təyyarələri Sakit okean üzərində Yaponiyanın patrul təyyarələrinə qarşı təhlükəli manevrlər həyata keçirib.
Operativ Media xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayashi bəyan edib ki, Çin tərəfinin bu davranışla nəyi hədəflədiyini şərh etmək istəmirlər, lakin belə bir manevr hava toqquşması ilə nəticələnə bilərdi:
Hayashi əlavə edib ki, Tokio bu məsələ ilə bağlı narahatlığını Çin tərəfinə həm diplomatik, həm də hərbi kanallar vasitəsilə çatdırıb. O, Yaponiyanın hava və dəniz sərhədlərində müşahidə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Yaponiya Müdafiə Nazirliyi bildirib ki, insidentlər nəticəsində nə insan itkisi, nə də texniki zərər qeydə alınıb.