AZ

Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

Bakı.Trend:

“HŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əməkhüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğundaaraşdırma aparılıb.

Trend Baş Prokurorluğa istinadən xəbər verirki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əməkqanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqiqüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Şirvan şəhəri ərazisindəçoxmərtəbəli binalarda santexnik-fəhlə işlərinin yerinəyetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda MMC və MMC-ninvəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci(əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürəntərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinəyetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında işüzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyəvə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət ƏməkMüfəttişliyi Xidmətinin Mil-Muğan Regional Şöbəsinə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat və Dövlət ƏməkMüfəttişliyi Xidmətinin qərarı ilə MMC-nin vəzifəli şəxsi ŞahbazHümbətov 3 min manat məbləğində inzibati cərimə edilib.

Məqalədə:
Seçilən
18
49
az.trend.az

10Mənbələr