AZ

Ekitike üçün “Liverpul” və “Çelsi” yarışır

İngiltərənin nəhəng klubları – “Liverpul” və “Çelsi” Frankfurt “Ayntraxt”ının hücumçusu Uqo Ekitikenin transferi uğrunda mübarizə aparır.

90deqiqe.Az-ın məlumatına görə, “Çelsi”nin bu transfer də üstün olduğu gözlənilsə də, hazırda yarışda liderlik “Liverpul”a keçib.

“Ayntraxt” fransalı forvarda görə 100 milyon avro təzminat tələb edir. Hər iki klub bu məbləği olduqca yüksək hesab etdiyindən, danışıqlarda hələlik irəliləyiş yoxdur. 

Qeyd edək ki, “Liverpul” daha əvvəl Bundesliqa təmsilçilərindən bir başqa istedadlı futbolçunun – “Bayer Leverkuzen”in yarımmüdafiəçisi Florian Virtsin transferini yekunlaşdırıb. Alman futbolçunun 150 milyon avroya Premyer Liqa təmsilçisinə keçidi liqa tarixində rekord məbləğ kimi qeydə alınıb.

Seçilən
17
36
90deqiqe.az

10Mənbələr