AZ

Trampdan minlərlə insana şad xəbər - Detallar

ABŞ Prezidenti Donald Tramp 5 milyon dollarlıq kart üçün xüsusi veb-saytın açıldığını elan edib.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, söhbət ölkədə yaşayış icazəsi verən “Tramp kartı”ndan gedir.

Ağ Ev sahibi bildirib ki, “TrumpCard.gov” saytı daimi yaşayış və vətəndaşlıq əldə etmək istəyən potensial şəxslər üçün nəzərdə tutulub.

“Portalda istifadəçilərdən adlarını, yaşayış bölgələri və e-poçt ünvanlarını yazmaqları, həmçinin fiziki şəxs və ya şirkət adından müraciət etdiklərini qeyd etmələri xahiş olunur. Açılan sayt yalnız ilk addımdır”, – o qeyd edib.

Trampın sözlərinə görə, minlərlə insan zəng edərək ABŞ-a necə gələ biləcəklərini soruşurlar:

“İndi sayt açıqdır”.

Qeyd edək ki, D.Tramp “qızıl kart” ideyasını hələ fevral ayında açıqlamışdı. Onun sözlərinə görə, ABŞ külli miqdarda pul xərcləyə, vergi ödəyə və iş yerləri yarada bilən zəngin insanlara rezidentlik verəcək.

Seçilən
76
news24.az

1Mənbələr