AZ

Röya Ayxan "Qürur"u təqdim etdi

Bu yaxınlarda ad gününü qeyd etməyə hazırlaşan Xalq artisti Röya Ayxan sevənlərinə hədiyyə olaraq "Qürur" adlı mahnısını təqdim edib.

Far.Az xəbər verir ki, "Qürur" artıq yayımlanıb və ilk andan dinləyicilərin qəlbinə yol tapıb.

Mahnının sözləri Azərbaycanın tanınmış meyxana ustadı Balaliyəyə aiddir.

Onun dərin və obrazlı ifadələri, həyatın içindən gələn misraları musiqiyə yeni nəfəs verib. "Qürur" sadəcə bir mahnı deyil – bu, daxili gücün, susub da deyiləsi çox sözün poetik ifadəsidir.

Klip çəkilmədən, yalnız bir vizualla təqdim olunan bu layihə, sadəliyin içindəki zərifliyi və emosional gücü ilə seçilir.

Röyanın bənzərsiz ifası isə mahnının təsir gücünü daha da artırıb.

Seçilən
48
1
far.az

3Mənbələr