AZ

FHN rəsmisi: Nəzarətsiz çimərliklər təhlükəlidir, valideynlər diqqətli olmalıdır

BAKI, 12 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıq ilə əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülüb.

Teleqraf xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət, Sulardan Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Aqşin Əlili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cari ilin may ayından etibarən Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirib:

"Monitorinqlərin keçirilməsində əsas məqsədistifadəyə yararsız və nəzarətsiz qeyri-çimərlik ərazilərinin müəyyənləşdirilməsi, çimərlik operatorlarının təhlükəsizlik qaydaları ilə bağlı bildirişlərin təqdim edilməsi olub. Bununla yanaşı, xidmətin nəzarət etdiyi çimərliklərdə İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılır. Hazırda üzmə sərhədlərini müəyyən edən nişanlar və çimərlik ərazilərində istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr yerləşdirilir.

Bununla yanaşı Xidmətin balansında olan texniki vasitələr, dalğıc və axtarış əməliyyatları zamanı istifadə olunan avadanlıqlar işlək vəziyyətə gətirilir. Bütün hazırlıq işləri iyunun 15-dək tamamlanacaq və bu tarixdən Xidmət əməkdaşlaı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək".

Aşqiş Əlili vətəndaşlara müraciət edərək vurğulayıb ki, çimərlik seçərkən diqqətli olsunlar:

"Əgər hər hansı çimərlikdə xilasedicilər yoxdursa, xilasetmə texnika vəvasitələri mövcud deyilsə, bu həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir.

Bununla yanaşı bölgələrdə uşaq və yeniyetmələrin valideyn nəzarətidən yayınaraq suvarma kanalları, çaylar, süni göllər, su arxları və digər bu kimi su hövzələrindən istifadə hallarına rast gəlinir. Bu sonda acı nəticələrə səbəb olur.Bu tip su hövzələri mürəkkəb relyefə, sürətli axına, qeyri-məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Bu həmin hövzələrdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Odur ki, valideynlər diqqətli olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar".

FHN rəsmisi əlavə edib ki, çimərlikdə təhlükəsiz istirahət üçün hava şəraitinə də xüsusi diqqət yetirilməlidir:

"Küləyin sürəti saniyədə 10 metrdən dən artıq olduqda suya girmək qadağandır. Həmçinin hava qaraldıqdan sonra qızmar günəş altında fasiləsiz dayanmaq təhlükəlidir.Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir.
Təhlükə zamanı 112 qaynar xəttinə zəng edin".

O vurğulayıb ki, hazırda Xidmətin nəzarət etdiyi ölkə ərazisində 75 çimərlikdə Nazirliyin xilasediciləri və əməkdaşları tərəfindən təhülkəsizlik tədbirləri həyata keçirilir.

Seçilən
14
teleqraf.com

1Mənbələr