AZ

Mayda qeyri-neft sektoru üzrə ixrac azalıb

BAKI, 12 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Teleqraf-a verilən məlumata görə, mayda ixrac 2024-cü illə müqayisədə azalıb.

Belə ki, ötən il qeyri-neft sektoru üzrə ixrac ötən ilin mayında 340 milyon dollar olub. Cari ildə isə bu rəqəm 338,8 milyon dollar təşkil edib.

Seçilən
18
teleqraf.com

1Mənbələr