AZ

Paşinyan II Qaregini qovur - "Azərbaycan izi" axtrırsınız"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Feysbuk" səhifəsindəki paylaşmasında II Qaregindən Erməni Apostol Kilsəsinin rəhbəri vəzifəsini azad etməyi tələb edib.

Paşinyan yazıb: "Müqəddəs Erməni Apostol Kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq. Ktriç Nersisyan kilsə rəhbəri vəzifəsini tərk etməlidir.

Paşinan katalikos vəzifəsinə öz namizədinin olmadığını, lakin belə bir vəzifəni kimin daşıyaxağı barəsində aydın təsəvvürünün olduğunu bildirib: "Bu vəzifənin sahibi tanrıya inanan və İsa Məsihin ardıcılı olmalıdır, sələmçi yox, şərəfli rahib olmalıdır, yolunu azmış yox".

Paşinyan kilsə rəhbərliyini ikiüzlülükdə, riyadaklılıqda və müqəddəs yerləri murdarlamaqda ittiham edib.

Siyasətçi onu tənqid edənləri vəziyyəti xarici müdaxilə kimi yozmaq cəhdlərinə də sərt reaksiya verib: "Bəziləri "türk və ya Azərbaycan izi"ni görməyə çalışırlar. Bu, elə riyakarlığın aşkar təzahürüdür. Belə dəlillərdən istifadə - cəmiyyətin diqqətini Kilsənin real problemlərindən yayındırmaqdır". 

Hürr Tərcüman

Seçilən
37
2
hurriyyet.az

3Mənbələr