AZ

Xırdalanda güclü yanğın - Video - Yenilənir

Xırdalanda güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerindən səmaya qatı tüstü qalxmaqda davam edir. Sakinlər yanan tikilinin yaşayış evi olduğunu bildiriblər.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
59
3
qafqazinfo.az

8Mənbələr