“Qalatasaray”la müqavilə imzalamaq üçün Türkiyəyə gələn Leroy Sane açıqlama verib.
Futbolpress.az xəbər verir ki, alman vinger “cim-bom”a keçidi haqda bunları deyib:
“İnanılmaz xoşbəxtəm. Azarkeşləri eşidirəm və bu, ayrı xoşbəxtlikdir. “Qalatasaray” fanatlarının stadionlarda yaratdığı atmosfer bura gəlməmdə xüsusi rol oynadı. İlk oyuna çıxmaq üçün səbirsizlənirəm”.
“Bavariya”dan ayrılan Sane “Qalatasaray”la 3 illik müqavilə imzalayacaq.