AZ

Astarada şəhid nəvəsi su hovuzuna düşdü

ASTARA, 12 iyun. TELEQRAF

Astara rayonunun Təngərüd kəndində 2 yaşlı T.Əhmədzadənin su hovuzuna düşməsinin təfərrüatları məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, uşaq həyətlərindəki kənd təsərrüfatı və maldarlıq üçün istifadə edilən su hovuzuna düşüb.

O, boğulma diaqnozu ilə əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğunu nəzərə alaraq yerli həkim briqadası xəstəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edib. Azyaşlının vəziyyəti hazırda stabildir, müalicəsi aparılır.

Qeyd edək ki, T.Əhmədzadənin babası Mahir Əhmədov Birinci Qarabağ müharibəsində şəhid olub.

Seçilən
25
teleqraf.com

1Mənbələr