ain.az, Oxu.az saytına istinadən bildirir.
Abşeron rayonu, Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial mediada paylaşılıb.
Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib pic.twitter.com/xCVwQOUK7l
— Oxu.Az (@oxuaz) June 12, 2025
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin polis zabiti Sadıx Axundov Oxu.Az-a verdiyi məlumatda bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb:
"İyunun 11-i saat 17:30-da Qobu qəsəbəsində VAZ-21214 markalı 01-CC-018 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mirzəmehti Səxavət oğlu Aslanov dönmə əməliyyatı apararkən Vüsal Soltan oğlu Səmədzadənin idarə etdiyi "Mercedes-Benz E300" markalı 77-BA-776 dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxaraq ona dəyib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Dəymiş zərbədən "Mercedes-Benz E300" yolun kənarında olan daş hasara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".
Aygün Mirakif
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.