“Qızıl top”un təmsilçiləri “Super Qızıl top” haqda xatırlatma edərək, müvafiq qəniməti kimin ala biləcəyi haqda sualla gündəmə gəliblər.
Arena.az məlumat verir ki, bu barədə ən nüfuzlu fərdi futbol mükafatı “Qızıl top”un rəsmi X sosial şəbəkə hesabında dərc edilib:
“Heç bir digərinə bənzəməyən bir “Qızıl top”. 1989-cu ildə bir oyunçu daha heç bir kimsənin almadığı bir mükafata layiq görülüb: “Super Qızır top”. Əgər müvafiq mükafat bu gün yenidən təqdim edilsəydi… Ona kim layiq görülərdi?” – “Qızıl top”un təmsilçiləri ictimaiyyətə səsləniblər.
Xatırladaq ki, “Super Qızı top” mükafatı cəmi bircə dəfə – 1989-cu ilin dekabr ayının 24-də son üç onilliyin ən yaxşı futbolçusuna təqdim edilib. Mükafata argentinalı hücumçu Alfredo Di Stefano layiq görülüb. Mükafat uğrunda səsvermədə Di Stefano Niderland və Fransa futbolunun əfsanələri, müvafiq olaraq Yohan Kroyf və Mişel Platinini üstələyib.
Əlavə edək ki, 2024-cü ildə bəzi nəşrlər “France Football”ın 2029-cu ildə tarixdə ikinci dəfə “Super Qızıl top” mükafatını təqdim edə biləcəyini yazıblar.