ABŞ-ın Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Erik Kurilla bəyan edib ki, Pakistandan imtina etmək ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməzdir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Samaa.tv yayıb.
General Kurillanın sözlərinə görə, Vaşinqton Hindistanla strateji münasibətlərə görə İslamabadla əməkdaşlığı qurban verə bilməz.
Onun fikrincə, ABŞ-ın İŞİD-ə qarşı mübarizədə əldə etdiyi əsas uğurlar məhz Pakistanla sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olub.
Kurilla qeyd edib ki, Pakistan xüsusi xidmət orqanları İŞİD-in ən azı beş yüksək vəzifəli üzvünü həbs edib. Bundan əlavə, Kabil aeroportundakı partlayışın əsas təşkilatçısı hesab edilən şəxsi ABŞ-a təhvil verib.
“Pakistanla davamlı əməkdaşlıq sayəsində ABŞ İŞİD-in tamamilə məhv edilməsinə bir addım daha yaxınlaşıb”, – deyə general Kurilla vurğulayıb.
Bu bəyanat ABŞ-ın regionda balanslaşdırılmış siyasət yürütməyə çalışdığını göstərir və onu da aydın edir ki, Vaşinqton Hindistanla münasibətlərini inkişaf etdirsə də, Pakistanla əlaqələrdən imtina etmək niyyətində deyil.
Bizim.Media