AZ

Cari ildə aqrar və aqrar-sənaye məhsullarının ixracı 14% artıb

BAKI, 12 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında Azərbaycandan aqrar və aqrar-sənaye məhsullarının ixracının dəyəri 446.7 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artıb.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyun sayının ilkin rəqəmlərində qeyd edilib.

Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 17.2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 5,9% artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub.

Seçilən
22
teleqraf.com

1Mənbələr