"Latsio" ilə təcrübəli yarımmüdafiəçi Pedro arasında müqavilənin uzadılması barədə razılıq əldə olunub.
Publika.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Nikolo Şira məlumat yayıb.
Onun sözlərinə görə, 37 yaşlı futbolçu daha bir mövsüm Roma klubunda qalacaq.
Pedro karyerası ərzində İspaniya millisinin heyətində dünya və Avropa çempionu olub. O, "Barselona" ilə La Liqanı 5 dəfə, İspaniya kubokunu 3 dəfə, ölkə superkubokunu 4 dəfə, Çempionlar Liqasını 3 dəfə, UEFA Superkubokunu və klublararası dünya çempionatının hər birini isə hərəyə 3 dəfə qazanıb. "Çelsi"nin heyətində isə Premyer Liqa, İngiltərə Kuboku və Avropa Liqasının qalibi olub.